Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib

A- A A+

Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı Kamilə Əliyeva səsləndirib.

“Azərbaycan parlamenti Amerika Senatının 15 noyabr tarixli qərarını rədd edir. Amerikanın belə addımları regionda sülhə, sabitliyə zərbə vurur. ABŞ-nin təcavüzkar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə imkan verib.

ABŞ 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib. Əksinə, maliyyə yardımı göstərib, yüksək səviyyəli görüşlər təşkil edib. Amerika tərəfinin bu addımları ABŞ-nin Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib.

ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, - deyə bəyanatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: