Hikmət Hacıyev: "Ermənistanın mina istehsal edən ölkələr siyahısına salınması Azərbaycanın əsaslı iddialarını sübut edir"

A- A A+

"Landmine Monitor 2023" Ermənistanı piyadalar üçün mina istehsal edən ölkələr siyahısına əlavə etdi. Ermənistanın təkzib etməsinə baxmayaraq, məhz bu fakt bir daha Azərbaycanın Ermənistana qarşı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını sübut edir".

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb.

"Ermənistan Azərbaycanın o zaman işğal olunmuş torpaqlarına milyonlarla mina yerləşdirib. Nəticədə 2020-ci ilin noyabr ayından 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub", - Prezidentin köməkçisi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: