Türkiyədə azərbaycanlı hərbçilərin də iştirak etdiyi beynəlxalq təlimdə mülki şəxslərin təxliyəsi ilə bağlı əməliyyat icra olunub
Türkiyənin Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, təlim çərçivəsində mülki şəxslərin təxliyəsi ilə bağlı əməliyyat icra olunub.
Əməliyyatın icrası zamanı müxtəlif texnikalardan, o cümlədən amfibiya təyyarələrindən istifadə olunub.
Qeyd edək ki, qardaş ölkədə keçirilən “Doğu Akdeniz-2023” beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.