Rumıniya mediası Azərbaycan Prezidentinin Fransanın siyasəti ilə bağlı tənqidi fikirlərinə yer ayırıb
Azərbaycan Prezidenti İlham Əliyevin İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə Bakıda keçirilən danışıqların yekununa dair mətbuat konfransında çıxışı Rumıniya mətbuatında geniş işıqlandırılıb.
NUHÇIXAN xəbər verir ki, Rumıniyanın “Adevarul” (Həqiqət) nəşri və ona istinadən digər nəşrlər Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması, Ermənistanın Fransa hökumətinin marionetinə çevrilməsi barədə dediklərinə xüsusi diqqət çəkiblər.
Rumiya mətbuatı yazır ki, Azərbaycan Prezidenti Fransanın Ermənistanı silahlandırmaqla onu revanşizmə və separatçılığa sürükləməsini sərt şəkildə pisləyib. Yazıda vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanı gələcəyini öz milli maraqlarına əsasən planlaşdırmağa çağırıb.