Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir - FOTOLAR

A- A A+

Şəxsi heyətin maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə çöl şəraitində ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.

Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məşğələlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin hərbi əməliyyatlarda qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.

Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: