AKP sözçüsü: ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib
ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Vaşinqton bunu sözügedən dövrdə F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürüb.