“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
NUHÇIXAN-ın məlumatına görə, layihə parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihəni Milli Məclisin Əmək və sosial siyasət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Arzu Nağıyev təqdim edib.
Müzakirələrə Müdafiə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər qurumların əməkdaşları da qatılıblar.
Dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.