Qərbi Azərbaycan İcması: "Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir"

A- A A+

"Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir".

NUHÇIXAN xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Bildirilib ki, Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkmiş və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirmişlər.

"Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir. Yəqin ki, bir neçə il öncə litvalı diplomatlar keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından xəbərdardırlar.

Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir.
Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə, qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar", - bəyanatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: