Böyük Britaniya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X"də yazıb.
"Böyük Britaniyanın İxrac naziri Lord Offord və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında keçirilən görüşdə iştirak etməkdən məmnun oldum. Britaniya Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir. Biz Tərəfdaşlıq və Əməkdaşlıq Sazişimizi imzalamağı, - ticarətini gücləndirməyi səbirsizliklə gözləyirik",-paylaşımda qeyd olunub.