Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin müdafiə və müdafiə sənayəsi üzrə federal naziri general-leytenant Ənvər Əli Hayderlə görüşüb və hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, bunu diplomat “X” hesabında yazıb.
O bildirib ki, tərəflər Azərbaycan və Pakistan əlaqələrini, xüsusilə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər.