Makedoniya KİV-ləri Azərbaycan Prezidentinin beynəlxalq forumda çıxışını geniş işıqlandırıb - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı Makedoniya mətbuatında geniş yayılıb.

NUHÇIXAN xəbər verir ki, “Sloboden Peçat” nəşri Azərbaycan liderinin ABŞ-ın ikitərəfli münasibətləri heçə endirməsi, bununla da Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesindən uzaqlaşması ilə əlaqədar bəyanatına ətraflı yer ayırıb.

“Denesen” nəşrində Azərbaycan Prezidentinin öz yurd-yuvasına qayıdan keçmiş qaçqın və məcburi köçkünlər üçün hər bir şərait yaradılması, azad olunmuş ərazilərin bərpası prosesinin sürətlə getməsi, separatçı rejimin başçılarının sülh prosesinə mane olmaları, indi isə Azərbaycanda məhkəmənin qərarını gözlədikləri barədə fikirləri öz əksini tapıb.

“Sitel” televiziya kanalı Prezident İlham Əliyevin çıxışına istinadla bildirir ki, Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttifaqına daxil olmaq məqsədi yoxdur, Azərbaycan dövləti əlaqələr qurmağın yollarını tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan İrəvanla müharibəyə can atmadığını vurğulayıb və sülh müqaviləsinin bağlanması üçün Ermənistanda revanşist cəhdlərin olmayacağına zəmanət tələb edib.

“Kanal 5” televiziya kanalı Azərbaycan Prezidentinin sentyabrda keçirilən antiterror tədbirlərinin 24 saat çəkdiyi, dinc əhaliyə heç bir ziyan dəymədiyi barədə dediklərinə diqqət çəkib. Televiziya kanalı, həmçinin Ermənistan ilə sülh müqaviləsi imzalanması üçün Azərbaycan tərəfinin zəmanət tələb etdiyini də vurğulayıb.

Makedoniyanın digər nəşr və televiziya kanalları da Azərbaycanın dövlət başçısının çıxışını geniş təhlil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: