Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin növbəti görüşü gələn il Naxçıvanda keçirilməsi planlaşdırılır. NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Naxçıvan Televiziyasının "Üzbəüz" proqramına müsahibəsi zamanı bildirib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda yaradılıb. Gələn il təşkilatın yaradılmasının 15 ili tamam olur.