İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.