Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.