BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi haqqında konsensus bu gün iqlim platformasının sülhməramlı məsələləri, xüsusən Ermənistan-Azərbaycan nizamlanmasını da səmərəli həll edə biləcəyini nümayiş etdirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə RF xarici işlər nazirinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Sergey Kononuçenko TASS-da keçirilən mətbuat konfransında bildirib.
O xatırladıb ki, Ermənistanın COP29-un keçirilməsində öz namizədliyini Azərbaycanın namizədliyinin xeyrinə geri götürməsi və həmçinin bunun COP28-in Şərqi Avropa qrupunun üzvləri tərəfindən dəstəklənməsindən sonra Bakı ilk dəfə 2024-cü ildə həmin konfransa ev sahibliyi edəcək. Tarixdə ilk dəfə olaraq, BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyası Avropa İttifaqına üzv olan ölkədə deyil, Şərqi Avropa qrupunda keçiriləcək.
XİN-in xüsusi nümayəndəsi vurğulayıb: “Bu məsələyə dair danışıqlar çərçivəsində ölkələr, məhz Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə qəbul edilən kompromis əldə edə biliblər. Bu, onu göstərir ki, iqlim platforması hətta iqlimlə bilavasitə əlaqəsi olmayan ən mühüm məsələlərin həllinə, sülh gündəliyinin irəli aparılmasına xidmət edə bilər”.