Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

A- A A+

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 102.1.4-cü və Əmlak Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin şərh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il yanvarın 12-nə təyin olunmuş iclasında baxılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: