MSK sədri: Azad edilmiş ərazilərdə seçicilərin məlumatlandırılması ilə bağlı bildirişlərin çap edilməsi vacib əhəmiyyət daşıyır

A- A A+

Bundan əvvəl seçki prosesi ilə əlaqədar ölkəmizə gələn beynəlxalq təşkilatlar və nümayəndələr keçmiş məcburi köçkünlərin səsverməsi prosesinə o qədər də maraq göstərməyiblər.

NUHÇIXAN xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın dekabrın 23-də keçirilən iclasında deyib.

“Qarabağ və Şərqi Zəngəzur azad edildikdən sonra qanunvericiliyə və Seçki Məcəlləsinə uyğun olaraq öz işimizi mükəmməl qurmalıyıq. Bu baxımdan azad edilmiş ərazilərdə seçicilərin məlumatlandırılması ilə bağlı bildirişlərin çap edilməsi vacib əhəmiyyət daşıyır”, - deyə Məzahir Pənahov vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: