İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təkliflər paketi alıb.
NUHÇIXAN "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yerli mediaya müsahibəsində bir ay ərzində Azərbaycan tərəfindən işlənmiş təkliflər paketinin Ermənistana təqdim olunduğunu bildirib.