“Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilsin.

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: