Peskov: “Moskva Bakı və İrəvanın sülhlə bağlı iradələrini görür və dəstəkləyir”

A- A A+

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalaması üçün siyasi iradə olduğunu görür.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya bu addımı dəstəkləyir: "Əsas odur ki, biz hər iki tərəfdə - həm Bakıda, həm də İrəvanda siyasi iradənin olduğunu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin imzalanması həm iki ölkə, həm də bütün regionda sabitlik üçün faydalı olacaqdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: