ABŞ-nin Nyu-York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdiriləcək.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təqdim olunan filmin premyerası Nyu-Yorkda fəaliyyət göstərən “Türk Evi”ndə baş tutacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.