Azərbaycan 2023-cü ildə fəal humanitar siyasət yürüdüb

A- A A+

Azərbaycan 2023-cü ildə fəal humanitar siyasət yürüdüb. Cari ildə ölkəmizin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) çərçivəsində irəli sürülmüş çoxsaylı təşəbbüsləri reallaşdırılıb.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, reallaşdırılmış təşəbbüslər sırasında Xudafərin körpüləri, Azıx və Tağlar mağaraları nominasiyalarının UNESCO-nun ilkin siyahısına daxil etməsini misal göstərmək olar. C. Bayramov, həmçinin çıxışında azad edilmiş torpaqlarımızın işğal dövründə urbisidə məruz qalması və həmin ərazilərdə şəhər planlaşdırılmasının yüksək standartlara uyğun olaraq həyata keçirilməsinin ölkəmiz qarşısında duran əsas prioritetlərdən birinə çevrildiyini bildirib. O, BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığın 2023-cü ildə də səmərəli şəkildə davam etdirilməsi üçün əsas olduğunu diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: