Naxçıvanın İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi müəyyənləşib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, fərmanla Naxçıvanın İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 554 ştat vahidi olmaqla, Nazirliyin aparatı üzrə 103 ştat vahidi müəyyən edilib.

Həmçinin muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 271 ştat vahidi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 107 ştat vahidi, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə 73 ştat vahidi müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: