Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edib

A- A A+

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edib.

NUHÇIXAN xəbər verir ki, parlamentin bu gün keçirilən iclasının gündəliyinə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ daxil edilib.

Müraciətdə deyilir:

“Azərbaycan xalqı dünyanın böyük millətləri ilə bir sırada dayanır. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Odur ki, Asiyada, Avropada, Amerikada və digər yerlərdə məskən salmış vətəndaşlarımız yurdlarında baş verənləri diqqətlə izləyir və fəxr edirlər. Qəhrəman silahlı qüvvələrimizin bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyinin bərpa edilməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycan respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanın bütün potensialını ortaya çıxararaq dünyaya tanıdılması istiqamətində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı bir-birinə dəstək olmaqdır. Əziz azərbaycanlılar, Sizi birliyə çağırırıq”.

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: