Azərbaycan səfiri etimadnaməsini Hindistan Prezidentinə təqdim edib

A- A A+

Azərbaycanın Hindistana yeni təyin olunmuş səfiri Elçin Hüseynli etimadnaməsini Hindistan Prezidenti Droupadi Murmuya təqdim edib.

NUHÇIXAN xəbər verir ki, səfirlikdən  bildiriblər ki, təqdimetmə mərasimi Nyu Dehli şəhərindəki “Raştrapati Bhavan” adlanan Prezident Sarayında keçirilib.

Mərasimdən sonra keçirilən görüşdə səfir E.Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Droupadi Murmuya çatdırıb.

Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən xanım Droupadi Murmu öz növbəsində onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət əsnasında Azərbaycan və Hindistan arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticarət, enerji, turizm, humanitar və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Yekunda Prezident D.Murmu təyinatı münasibətilə səfiri təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: