Paşinyan Ermənistan ordusunun zəifliyini etiraf edir

A- A A+
Ermənistanda hərbi-texniki elmi təhqiqat institutu yaradılacaq.
NUHÇIXAN Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın bu gün keçirdiyi ilk hökumət iclasında qərar verilib.

Təklif və layihəni müdafiə nazirinin müavini David Paxçanyan irəli sürüb. Ermənistan ordusu və hərbi-texniki təchizatının zəifliyindən şikayət edən Paşinyan iclasda bildirib ki, hazırda ölkənin hərbi-sənaye kompleksi, demək olar ki, tam olaraq özəl sektorun yardımı ilə işləyir. O, hətta sarkazmla Ermənistanın hərbi sənayesinin yarıtmaz vəziyyətdə olmasına da işarə edib: "Biz yeni hərbi-texniki elmi təhqiqat institutunu özəl sektorla əməkdaşlığa son qoymaq üçün yaradırıq, yoxsa istehsalımızın həcmi o qədər böyükdür ki, əlavə dövlət strukturunun da yaranmasına ehtiyac var?” Paxçanyan isə cavab verib ki, "yeni struktur istehsalla deyil, strateji-texniki məsələlərin həlli ilə məşğul olacaq. Çünki Ermənistanda indi bu sahədə iş çox sistemsiz aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: