Qazaxıstan Prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək

A- A A+

Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.

O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: