“Anadolu” agentliyi: Zəngəzur dəhlizi regional əməkdaşlığa açılan qapıdır - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu barədə “Anadolu” agentliyində yayımlanan reportajda bildirilib.

Reportajda qeyd olunub ki, geosiyasi və geoiqtisadi baxımdan region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi regional əməkdaşlığın qarşısında illərdir dayanan maneələri aradan qaldıracaq. Eyni zamanda Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək.

“Anadolu” agentliyi Ordubad rayonunun Kotam kəndində Zəngəzur dəhlizinə qədər uzanan və dəhlizin Ermənistan ərazisindən keçən köhnə avtomobil və dəmir yolunu lentə alıb. 

Reportajda o da qeyd olunur ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçərsə, sözügedən köhnə dəmir yolunda tunellərin təmirə ehtiyacı var. Digər tərəfdən, dəmir yoluna paralel olaraq Ermənistanla Azərbaycaı birləşdirən torpaq yol var. Bu yolun da nəqliyyat vasitələrinin rahat hərəkəti üçün təmirə və genişləndirilməsinə ehtiyac var. Zəngəzur dəhlizi adlanan bu 43 kilometrlik yol tamamlanarsa, Naxçıvandan Azərbaycana birbaşa nəqliyyat təmin olunacaq və region iqtisadiyyatı inkişaf edəcək.

Agentlik onu da qeyd edib ki, region ölkələri üçün geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi ilə Cənubi Qafqazda yeni inteqrasiya təşəbbüslərinin başlayacağı nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: