XİN-dən Ermənistanla bağlı açıqlama

A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin açıqlamasına münasibət bildirib.

NUHÇIXAN xəbər verir ki, Hikmət Hacıyev əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxsin Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışdığını söyləyib. “Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin siyasətini davam etdirəcəksə, yəqin ki, onu da eyni aqibət gözləyir”, - deyə Hikmət Hacıyev qeyd edib.

Azərbaycan XİN-in sözçüsü bildirib ki, ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçilik modeli əsasında Azərbaycan regionun aparıcı dövlətidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: