Türkiyə səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib

A- A A+

Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesablarında məlumat yayıb.

"Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik", - məlumatda deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: