Prezident seçkiləri ilə bağlı Naxçıvanda polislər üçün seminar-müşavirə keçirilib - FOTOLAR

A- A A+

Fevralın 7-nə təyin olunan prezident seçkilərində polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair Naxçıvanda seminar-müşavirə keçirilib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.

Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edib.

Daxili İşlər Nazirliyinin nümayəndələri Sənan Əliyev və Cavid Cəfərov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Onlar çıxışlarında səsvermədən sonra seçki bülletenlərinin, eləcə də digər sənədlərin seçki dairələrinə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

Mərkəzi Seçki Komissiyasının katibliyinin əmakdaşı Cavid Zeynalov isə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi barədə danışıb.

Seminar-müşavirənin sonunda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: