MSK prezident seçkilərində "exit-poll” keçirmək üçün müraciət edən təşkilatları açıqlayıb

A- A A+

Növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.

NUHÇIXAN-ın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: "Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, "Sosial Tədqiqatlar Mərkəzi" MMC-dir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: