Gürcüstanın Baş naziri Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini bildirib

A- A A+

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini bildirib.

NUHÇIXAN “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o, yaxın vaxtda sülh sazişinin imzalanacağına ümid etdiyini söyləyib: “Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli müstəvidə münasibətlər qurmaq istəməsi ilə bağlı mövqelərini bilirəm. Bu, düzgün yoldur”.

Hökumət başçısı Gürcüstanın hər iki qonşu ölkə ilə çox yaxşı münasibətlərinin olduğunu deyib və tərəfdaşlıq əlaqələrini xatırladıb.

O, Azərbaycan və Ermənistana uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: