1990-cı il yanvarın 18-i erməni-rus birləşmələri Sədərək yaxınlığındakı çox mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğal etməklə, Sədərəyin şimali-şərq istiqamətindən öz hərbi qüvvələrini Sədərəyə tərəf xeyli irəlilədə bilmiş, Əjdəkan, Cintəndiri, Beşbarmaq, Ucubiz və Mil istiqamətlərindən Sədərəyi, bir növ, mühasirə vəziyyətinə salmışdılar.
Beləcə, Sədərək ağır sınaqla üz-üzə qalır. Düşmən yanvarın 18-dən 19-na keçən gecə Sədərəyi ağır artilleriya atəşinə tutmağa başlayır. Eşidilən atəş səsləri sədərəkliləri səfərbər edir. Naxçıvanın və Şərurun bütün rayon və kəndlərindən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirlər. Naxçıvanın müxtəlif bölgələrindən - Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən, Nehrəmdən, Cəhridən və digər kəndlərdən gələnlər sinələrini düşmənin önündə sipər edirlər. Yanvarın 19-da Sədərək ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları.
1990-1993-cü illərdə on dörd dəfə Sədərəyə hücum edən düşmən güclü müqavimətə rast gəlir. Naxçıvanın döyüşçüləri erməniləri darmadağın edirlər. Sədərək məğlubedilməzlik simvoluna çevrilir.
NUHÇIXAN Sədərək döyüşlərində ilk şəhid olan qəhrəmanlarımızın fotolarını təqdim edir:
Anar Tağıyev