MDB-də sosial sahədə daha bir Sazişin aktuallaşdırılması planlaşdırılır

A- A A+

Yanvarın 18-də Müstəqil Dövlətlər Birliyinin mənzil-qərargahında işçilərin yaşadığı dövlətdən kənarda olduğu zaman istehsalatda baş verən qəzaların araşdırılması qaydası haqqında Sazişə dəyişikliklərin edilməsi barədə Protokol layihəsinin razılaşdırılması ilə bağlı Ekspert qrupunun iclası keçirilib.

NUHÇIXAN MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Ekspertlər Protokolun layıhəsinə dair dövlətlərdən gələn iradları və təklifləri nəzərdən keçiriblər, mətnə bir sıra əlavə və düzəliş ediblər. Sənədin növbəti ekspert araşdırmasının cari ilin mart ayında keçirilməsi qərara alınıb.

Qeyd edilir ki, keçirilmiş görüş işçilərin yaşadığı dövlətdən kənarda olduğu zaman istehsalatda baş verən qəzaların araşdırılması qaydası haqqında Sazişə dəyişikliklərin edilməsi barədə Protokol layihəsinin razılaşdırılması ilə bağlı Ekspert qrupunun ilk iclası olub.

Saziş 1994-cü ildə MDB Hökumət Başçıları Şurası tərəfindən qəbul edilib. Şuranın üzvləri Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynadır.

2017-2021-ci illərdə MDB-nin iştirakçısı olan ölkələrin və Monqolustanın Əmək Müfəttişliyi Regional Alyansının üzvü olan ölkələrin təşəbbüsü ilə və onların təklifləri əsasında Sazişə dəyişikliklərin edilməsi üzrə təkliflərin hazırlanmasına dair iş aparılıb. Sözügedən Alyansın fəaliyyəti əmək sahəsində yoxlama-nəzarət fəaliyyətinin təkmilləşdirilməsi üzrə mübadilə təcrübəsinə yönəldilib.

Sənədin aktuallaşdırılması üzrə təşəbbüs Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası tərəfindən dəstəklənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: