GUAM-ın müşahidə missiyası Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək

A- A A+

GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

Bu barədə NUHÇIXAN-a GUAM-ın katibliyindən məlumat verilib.

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.

GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: