QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT nümayəndələri ilə görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib.

Aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi ekoloji sahədə QHT-lərin fəaliyyətinin gücləndirilməsi, həmçinin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: