Daxili Qoşunların Naxçıvandakı birləşməsində şəxsi heyətin döyüş vərdişləri təkmilləşdirilir - FOTOLAR
Daxili Qoşunların Naxçıvandakı birləşməsində döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçularla təlim-atış çalışmaları, praktiki məşğələ və təlimlər keçirilir.
NUHÇIXAN xəbər verir ki, qarlı-şaxtalı havalarda, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının yüksək peşəkarlıqla icrasına nail olunması məqsədilə şəxsi heyət təlim-atış çalışmasına cəlb edilib.
Havanın əlverişsiz olmasına baxmayaraq təyin edilmiş hədəflər yüksək sərrastlıqla və hərbçi ustalığı ilə məhv edilib.
Daxili Qoşunların Naxçıvandakı birləşməsində plana uyğun olaraq təlim-atış çalışmaları davam edir.