Azərbaycanın hərbi qulluqçusu Çin Hərbi Akademiyasını fərqlənmə diplomu ilə bitirib

A- A A+

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Orta komanda kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Elxan Fərzəliyev akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diploma və əlaçı döş nişanına layiq görülüb.

Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 55 ölkədən 73 xarici hərbi qulluqçu təhsil alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: