XİN: Bu ilin əvvəlində Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik

A- A A+

Yanvarın əvvəlində biz Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təklifləri əldə etmişik.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, hazırda Azərbaycan tərəfi prosedura uyğun olaraq həmin paket üzrə öz daxili işlərini həyata keçirir. Hesab edirəm ki, növbəti həftələr ərzində böyük ehtimalla bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq.

Bildiyiniz kimi, sülh müqaviləsi üzrə danışıqlar həm də birbaşa görüşlər vasitəsilə aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: