Finlandiyanın “Nokia” brendli smartfonların buraxılışı ilə məşğul olan “HMD Global” şirkəti tezliklə qabaqcıl “Nokia X” (Nokia X6) smartfonunu nümayiş etdirəcək.
NUHÇIXAN “Vesti” resursuna istinadən yazır ki, Çinin “TENAA” Sertifikasiya Agentliyinin saytında dərc edilən sənədə görə, “Nokia X” smartfonu takt tezliyi “Snapdragon 636” prosessoruna uyğun prosessorla təchiz ediləcək. Smartfon “Nokia 6” (2018-ci ildə buraxılan və zəif Snapdragon 630 prosessoru ilə təchiz edilən) və “Nokia 7 plus” (Snapdragon 660) modellərinin texniki xüsusiyyətlərini özündə birləşdirəcək. Agentliyin məlumatına görə, “Nokia X” bir neçə versiyada buraxılacaq. Belə ki, alıcılara 3,4 və ya 6 giqabayt tutumlu operativ yaddaşa malik modellər təklif olunacaq. Quraşdırılmış yaddaş 32 və ya 64 giqabayta bərabər olacaq. Ekranın diaqonalı 5,8 düym, tərəflərinin nisbəti 19:9, təsvir ölçüsü isə 2280x1080 piksel təşkil edəcək. Qurğu qabaritlərinə görə “Nokia 6” (2018) modelinə oxşar (147,2x71x8 millimetr) olacaq. Smartfon 16 meqapikselli əsas və ön olmaqla iki kamera ilə təchiz ediləcək. Çıxarılmayan batareyanın tutumu 3 min milliamper/saat təşkil edəcək. Smartfonun ABŞ-da 250 dollara satışa çıxarılması nəzərdə tutulur. “Nokia X” smartfonunun təqdimatı mayın 16-na planlaşdırılır.