MDB ölkələrinin iştirakı ilə Kazanda “Gələcəyin oyunları” keçiriləcək

A- A A+

MDB, BRICS, Cənub-Şərqi, Latın Amerikası və Afrika ölkələrindən olan komandalar Kazanda “Gələcəyin oyunları”nda iştiraklarını təsdiqləyiblər. Yarışlara 30 dövlətdən klublar qatılacaq. Hazırda Kazanda Oyunlarda iştirakı 277 komanda təsdiqləyib.

NUHÇIXAN Oyunların saytına istinadla xəbər verir ki, bu barədə layihənin rəhbəri İqor Stolyarov bildirib.

“Dəqiq təsdiqlənən ölkələrin adını çəkəcəyəm. Bu, əlbəttə ki, Çin, Braziliya, Türkiyə, İrandır. Bunlar praktik olaraq, MDB, BRICS, ŞƏT, Avrasiya İqtisadi İttifaqının bütün ölkələridir. Artıq 30 ölkənin iştirakına zəmanət verilib. Ən çox iştirakçı Cənub-Şərqi Asiyadan, Latın Amerikasından, ən az – Afrikadandır”, - deyə İ.Stolyarov əlavə edib.

O vurğulayıb ki, müxtəlif dövlətlərin klubları ilə danışıqlar davam edir. Təşkilatçıların proqnozlarına görə, turnirdə ümumilikdə 100 ölkədən nümayəndələr bir araya gələcəklər.

Kazanda bu il fevralın 21-dən martın 3-dək keçiriləcək “Gələcəyin oyunları”na 16 hibrid idman növləri daxildir. Onlardan hər biri özündə ficital konsepsiyasını, yəni klassik idman və kiberidman, yaxud VR/AR-texnologiyasını birləşdirir. Yarışları bütün dünyada 150 milyon nəfərədək onlayn tamaşaçının izləyəcəyi gözlənilir.

Daha əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini innovasiyalı “Gələcəyin oyunları”nın açılışına dəvət etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: