Siri və Alexa insan qulaqları ilə eşidilməyən səsli əmrləri başa düşə bilir

A- A A+

ABŞ-dan olan tədqiqat qrupu rəqəmsal köməkçilərin təhlükəsizliyi ilə bağlı maraqlı təcrübələr keçirdib.

NUHÇIXAN xəbər verir ki, alimlər Siri və Alexa-ya əmrləri insan qulağı ilə eşidilməyən tezlikdə veriblər. Bu üsulla cihaz istifadəçisindən gizli olaraq rəqəmsal köməkçilərə siqnallar ötürmək olar. Təcrübə prosesi zamanı alimlər səsli əmrləri musiqi parçalarına və adi danışıq nitqinə inteqrasiya ediblər.

Əmrlərin inteqrasiya olunduğu musiqi parçaları və ya danışıq nitqləri Alexa səsgücləndiricisi və ya iPhonesmartfonunun yaxınlığında işə salındıqda həmin səsli köməkçilər alış-veriş siyahısına hansısa məhsulları əlavə edirdilər. Bununla belə cihazların yanında olmuş insanlar səsli köməkçilərə verilmiş əmrləri eşitmirdilər. Gizli əmrlər üzərindən pul qazanmağın yolu bahalı dəqiqəlik tarifli liniyalara telefon zəngləridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: