“Apple”a məxsus bəzi xidmətlər, o cümlədən “App Store” və “Apple Music” işləmir.
NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.
Qeyd olunub ki, “Apple Arcade”, “Apple Books”, “Apple Fitness+”, “Apple Sports”, “Apple TV+”, “Podcasts” və digərlər proqramların fəaliyyətində məhdudiyyətlər mövcuddur.
Daha sonra şirkət xidmətlərin tamamilə bərpa olunduğu bildirsə də, “Apple School Manager”, “Apple Business Manager” və “Apple Business Essentials” xidmətlərində problemlər mövcuddur.
Texniki nasazlığın nədən yarandığı açıqlanmayıb.