“Facebook”dan kriptovalyuta həmləsi

A- A A+

“Facebook” şirkəti blokçeyn texnologiyası, o cümlədən mayninq və kriptovalyuta dövriyyəsini öyrənəcək xüsusi komanda yaradıb.

NUHÇIXAN xəbər verir ki, 10 nəfərdən çox mütəxəssisin daxil olduğu komandaya şirkətin “Messenger” üzrə vitse-prezidenti Daevid Markus rəhbərlik edir.

Əslində “Facebook” bu sahə ilə 1 il əvvəl maraqlanmağa başlayıb. Lakin şirkətin cəmi 1 əməkdaşı bu işlə məşğul idi. Hazırda sosial şəbəkə öz kriptovalyutasını yaratmağı nəzərdən keçirir. Bu, elektron ödənişlərin həyata keçirilməsinə imkan verəcək.

“Bir çox digər şirkət kimi, “Facebook” da blokçeyn texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmaq üsullarını araşdırır”, - deyə sosial şəbəkənin nümayəndəsi bildirib. O qeyd edib ki, yaradılmış kiçik komanda bir çox istiqaməti öyrənəcək.  

Xatırladaq ki, “Facebook”un istifadəçilərinin sayı 2 milyardı ötüb. Bu , dünya əhalisinin üçdə birinə yaxındır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: