TikTok istifadəçilərin 60 dəqiqəlik video yükləmə qabiliyyətini sınaqdan keçirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.
Platformanın sahibi olan “ByteDance” şirkəti izah edib ki, indi uzun videoları fraqmentlərə bölmək lazımdır. Bu da bəzi müəlliflər üçün o qədər də əlverişli deyil. Vaxt məhdudiyyətinin artırılması TikTok-da yeni məzmun növünün - televiziya şoularının tam epizodlarının yerləşdirilməsinə də imkan verə bilər.
Şirkət yeniliyin istifadəçilərə nə vaxt təqdim ediləcəyi ilə bağlı açıqlama verməyib.