“Microsoft” şirkəti 2020-ci ildə “Windows 7” sisteminin ödənişsiz dəstəyini dayandıracaq

A- A A+

“Microsoft” şirkəti 2020-ci ildə “Windows 7” əməliyyat sisteminin ödənişsiz dəstəyini dayandıracaq. “Windows 7”nin dəstəklənmə müddətinin başa çatmasına 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən 50 faizində kompüterlər həmin sistem əsasında işləyir.

NUHÇIXAN  “dailycomm.ru” saytına istinadən xəbər verir ki, proqram təminatı üzrə ixtisaslaşmış “Kollective” şirkəti tərəfindən keçirilmiş sorğu nəticəsində təşkilat və müəssisələrin 43 faizində kompüterlər “Windows 7” sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, respondentlərin 16 faizi köhnə “Windows XP” və “Vista” platformalarından istifadə edildiyini bildirib. Sorğuda Avropa və ABŞ-da fəaliyyət göstərən 260-dan çox informasiya texnologiyaları üzrə şirkət rəhbərləri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: