“Apple” yeni “iPad 9.7” və “iPad mini 5”i ilin ilk yarısında təqdim edəcək

A- A A+

Cari ilin birinci rübündə “Apple” şirkəti yeni “iPad” və “iPad mini” modellərinin təqdimatını keçirməyi planlaşdırır. Şirkətin tərəfdaşları növbəti aylarda planşetlər üçün sensor ekranların hasilatının həcmini artıracaq.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, hər iki model əvvəlkinə bənzər displey və yenilənmiş prosessorla təchiz ediləcək. “Apple” şirkəti 7,9 düymlük kompakt “iPad mini 5” planşetini 2015-ci ildən yeniləməyib. “iPad 9.7” isə 2018-ci ildə buraxılıb. Planşetlərdəki yeniliklər hələ ki, açıqlanmır.

KİV-lərə görə, “iPad mini” displeyinə görə daha ucuz başa gələcək, ekranı isə 10 düym daha böyüyəcək. Bu modellərin korpuslarının kənarları “iPad Pro”dakı kimi daha sərt olacaq. Həmçinin planşetlərdə “Apple Pencil 2” vasitəsilə qeydlər etmək mümkün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: