“Microsoft” korporasiyası “Windows 10 Mobile” sisteminin dəstəyini dayandırır

A- A A+

“Microsoft” korporasiyası bu il dekabrın 10-dan “Windows 10 Mobile” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün yeniləmələrin çıxarılmasını və dəstəyin dayandırılacağını elan edib.

NUHÇIXAN korporasiyaya istinadla xəbər verir ki, “Windows 10 Mobile” sistemi üçün dəstəyin dayandırılmasından sonra smartfonlar işləyəcək, amma yeniləmələr ala bilməyəcək və təhlükəsizliklə bağlı problemlərin yaranması mümkündür. Bundan başqa, bir çox kənar proqramlar yenilənməyəcək. Ona görə də çox xidmətlər problemlə işləyə bilər. Ehtiyat surətdən bərpa və şəkillərin yüklənməsi funksiyası isə 2020-ci ilədək işləyəcək.

Şirkət “Windows 10 Mobile” istifadəçilərinə “iOS” və ya “Android” sistemlərinə keçməyi tövsiyə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: