“Facebook” istifadəçi məlumatlarını toplayan 200 əlavəni dayandırdı

A- A A+

“Facebook” administrasiyası istifadəçi məlumatlarına çıxışı olan təxminən 200 əlavənin sosial şəbəkədə fəaliyyətini dayandırıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə şirkətin rəsmi xəbər portalında məlumat verilib.

“Biz şəxsi məlumatlara çıxışı azaltmaq məqsədilə bütün əlavələri yoxlamağa davam edəcəyik. Onlar biz siyasətimizi dəyişməzdən əvvəl böyük həcmdə şəxsi informasiyaya çıxış qazanıblar. Təhqiqat tam gücü ilə davam edir. İndiyə qədər minlərlə əlavə yoxlanılıb və onlardan 200-ə yaxınının fəaliyyəti dayandırılıb”, - deyə açıqlamada bildirilir. Əgər əlavələrin şəxsi informasiyadan su-istifadə etdikləri təsdiqlənsə, onlar tam bloklanacaq, istifadəçilər isə bu haqda məlumatlandırılacaq.

Xatırladaq ki, “Facebook”un 87 milyon istifadəçisinin şəxsi məlumatlarının Britaniyanın “Cambridge Analytica” konsaltinq firmasına verilməsi ilə bağlı qalmaqal yaranmışdı. Artıq bu firma fəaliyyətini dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: